beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir il daha keçdi sənsiz ömrümdən..

Məni yaşadan tək sənin varlığın...
Sənsiz dadı, duzu yox həyatımın...
Vardır hər kəlməmdə yar sənin adın...
Dəliyə dönmüşəm sənsizliyimdən...
Bir il daha keçdi sənsiz ömrümdən...
Xəyallar yaddaşda sənli ömrümdən...

"Sevgi nədir?" deyə mənə sormayın...
Üzgün bir şəkildə əsla baxmayın...
Dərdimi dinləyin, siz də anlayın...
Yaşarkən ölürəm mən təkliyimdən...
Bir il daha keçdi sənsiz ömrümdən...
Xəyallar yaddaşda sənli ömrümdən...

Deyirlər hər şeyin vardır zamanı...
Necə xoşbəxt idim, o anlar hanı?
Dedilər səbr eylə, gələr zamanı...
Hirsim üstün çıxdı mənə səbrimdən...
Bir il daha keçdi sənsiz ömrümdən...
Xəyallar yaddaşda sənli ömrümdən...

İstəmirəm daha səni sevdiyim...
Gözləmirəm səndən xəbər sevdiyim...
Sənin haqqda məni üzən bildiyim...
Sevməmisən məni bir an qəlbindən!..
Bir il daha keçdi sənsiz ömrümdən...
Xəyallar yaddaşda sənli ömrümdən.


Tarix: 27.01.2015 / 12:34 Müəllif: Aziza Baxılıb: 130 Bölmə: Sevgi şerləri