beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SƏNLİ ŞEİRLƏRİM

Üşüdür qəlbimi hər soyuq baxış,
Bizi tanış edən yollar ögeydir.
Bir vaxt saçlarimi hey tumarlamış,
O əllər ögeydir, qollar ögeydir...

O sənli günləri vermişəm bada,
Sənsiz günlərimin ömürü qalıb.
Sənlə gülümsəyən dodağımda da,
O bal dodağının möhürü qalıb...

O günlər qayıtmaz, bilirəm daha.
Bəxtim günü-gündən yatır deyəsən.
Kədərlə danışıb gülürəm daha.
Kədərlə söhbətim tutur deyəsən...

Sənin həsrətinden saralıb solan,
Bu yorğun üzümdə payız kök salıb.
Bu evin don vurmuş divarlarindan,
Nimdaş xatirələr asılıb,qalıb..

Qapımı döyən yox küləkdən özgə.
Xəyalin dolanır buz otaqları,
Sən ki yaşamadın mənimlə birgə,
Sənli şeirlərim yaşasin barı...


Tarix: 27.01.2015 / 12:24 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Sevgi şerləri