beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlk Ve Son Görüş

Haradan qarşıma çıxdın bu seher
Üzüne baxmağa gücüm çatmadı
Ellerinden tutub yar demek üçün
Sanki gözlerimde dözüm çatmadı

Üreyim dayandı Gözler tutuldu
Sanki bir heykel tek izledim seni
Yanımdan keçmeyin bir deyqe oldu
Ele bil bir esir gözledim seni

Yox bu men deyildim mene ne oldu
Dilin söz demeye cesareti yox
Yoxsam bir anlığa zamanmı durdu
Günah sende, vaxtın qebaheti yox

Sanki yad baxışlar danışdı biran
Gözler dediyini anlamadınmı ?
Qarşında özümü itiren zaman
Seni sevdiyimi anlamadınmı ?

O an heyecandan yıxıldım yere
Elimden tutsaydın nolardı ki
Arxanca boylanıb baxdım bir kere
Bir kez baxsaydin nolardı ki

Daha zaman durmur sen geden andan
Bahar ne tez gelir qış ne tez keçir
Birisine Hesret qalarken insan
Saç ne tez ağarır yaş ne tez keçir

Men hardan bileydim bu son görüşdü
Bilmem bir de harda görüşerik biz
Daha yollarımız da ayrı düşdü
Belke yuxularda görüşerik biz

Gör neçe il keçib o son görüşden
Daha üzünü de xatırlamıram
Seni sensizlikde yaşıyan andan
Özüm özümü de xatırlamıram

Sen geden yollara neqeder baxdım
Könül seyr etmekden doymayırdı, yar
Buludlar bilirdi bu son görüşdü
Belke de onunçün ağlayırdı, yar

Bir gün xatireler qarşına çıxsa
Bil ki eşq satılan bazar olmayır
Nevaxtsa bu hesret qelbini sıxsa
Bil ki var-dövletle vüsal olmayır


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 196 Bölmə: Sevgi şerləri