beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən qış gecələri oyaq qaldınmı?

Sən qış gecələri oyaq qaldınmı?
Zaman heç keçməz ki, keçməz.
Öncə otağa səssizlik dolar
Sonra xatirələr.
Öncə səssizliyi pozmaq istərsən
Nə etsən də lal olar hər şey,
Sonra içindən belə danışa bilməzsən.
Dilin tutmaz,
Qıvrılarsan oturduğun yerdə,
ya da isinmək bilməyən yatağında.
Sən qış gecələri oyaq qaldınmı?
Sən qış gecələri oyaq qaldınmı?
Yalnızlıqdan qaçmaq istərsən.
Biriylə danışmaq,
ya da yatmaq.
Qaçmaq istərsən gecədən…
Ta qəlbinin ən dərin yerində qəribə bir hiss duyular
Gözlərini yumarsan rahatlamaq üçün,
Tam yumduğun an xatirələr canlanır gözündə,
Üzləşə bilmədiyin səhnələr.
Sən qış gecələri oyaq qaldınmı?
Öncə umursamazsın,
Ancaq duyğuların üstünə-üstünə gələr.
Sonra o duyğular acı verməyə başlar
Qaçarsan…
Bir anlıq dönüb duyğuların səni izləyib-izləmədiyini,
Nə qədər qaça bildiyini yoxlarsan,
Bəlkə də qurtulmağı bacararsan.
Ancaq…
Ancaq qurtulduğun üçün də xoşbəxt olmazsan.
Bu dəfə də sən,
Məhz sən o duyğuların arxasınca düşərsən.
Acı verdikcə nəfəs kimi izlərsən izlərini
Və gözlərində canlanar xatirələr…
Hiss edəcəyin ilk şey
yanağından axan göz yaşları olar…
O andan sonra
Sən qış gecələri oyaq qalarsan…


Tarix: 27.01.2015 / 12:22 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Sevgi şerləri