beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AXIRI OLMAYAN SEVGİ YAŞADIQ

Mən nələr çəkdimsə çəkəsən səndə
Getməklə görəsən nə etdin əldə?
Eşq xəstəliyinə tutuldum məndə
Axırı olmuyan sevgi yaşadıq

Getdiyin o gündən içim göynədi
Sevsəm də sevgidən qürur öndədi
Günah məndə deyil,günah səndədi
Axırı olmuyan sevgi yaşadıq

Yalan,böhtan vardı hər söhbətində
Yaxşı gündə gördüm,ağır çətin də
Qarşılığ görmədim məhəbbətində
Axırı olmuyan sevgi yaşadıq


Tarix: 27.01.2015 / 12:22 Müəllif: Aziza Baxılıb: 137 Bölmə: Sevgi şerləri