beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə Fayda?

Hərdən olur sıxılırsan, boğulursan
-ama dinləyən yoxsa nə fayda?
Qal sıxıntıda… öz-özünə danış, düşün,
Düşündükcə parçalansın qoy üreyin,
-param-parça… nə fayda?
Dinləyən yox, eşidən yox…
Özün danış, özün dinlə
-nə dəyişəcək bu gedişlə?
Xəyallar qur, sonu sonsuzluğa sarı
ama gerçək olmayacağını düşün barı…
Sən olursan yenə üzülən, sən olursan yenə sıxılan, yenə boğulan.
O ki, səndən xəbərsizdi, üzülməkdə, sıxılmaqda nə fayda?
Səni görmür, sənə gəlsin
Heç eşitmir ki, dinləsin.
Sən onunçün suallar qur xəyallarda, cavab gözlə
Cavab gözlə, cavab gözlə,
Ama bu həsrət bitməz belə,
Gözlədiyin cavablar da əvəzlənir səssizliylə.
Ay ürəyim sən davam et!
Sən davam et! yaşa həyatı suallarda,
Bir az sıxıl, bir az döyün demə “nə fayda”
Sən də yaşa həyatını…
Hər yeni gün, yeni həftə, yeni ayda
-yenilənsin suallar da.
Sən sus, dinlə.
Qoy mən sənə sual verim “çəkdiyin bu acılarda de nə fayda?”
Heç gücənmə, qoy cavabsız qalsın bu da.
Cavab versən də nə fayda?!


Tarix: 27.01.2015 / 12:20 Müəllif: Aziza Baxılıb: 241 Bölmə: Sevgi şerləri