beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Artıq sevmirəm

Geri qayıtmısan, təbrik edirəm,
Yenidən xoş gəldin, tənha dünyana.
Bu dəfə hədəfin kimdir, bilmirəm,
Ancaq istəmirəm, düşüm toruna.

Mənə yaxınlaşma, güclü deyiləm,
Gözlərim sadəlöv, iradəm zəif.
Mən səni bir daha sevməməliyəm,
Ancaq inanmıram, ürəyim xəfif.

Bu nə gözəllikdir, dəli olmuşam,
Gözlərin bir cənnət, saçların da bir.
Mən bəlkə cənnətə qonaq olmuşam,
Nə bilim, deyəsən ürəyim əsir.


Qarşında diz çöksəm bağışlayarsan?
Mənim qürurumu fikir eyləmə,
Mən diz çökəcəyəm, uzaqlaşarsan.

Nahaq ümidlənmə, səni sevmirəm,
Dediyim xoş sözlər gəldi-gedərdi.
Bir dəfə səhv etdim, daha etmərəm,
Mənim komplimentlərim acıtəhərdi.

Nə qədər olsam da sadəlöv, aciz,
Qalib gələcəyəm mütləq sevginə.
Kimləri məhv etdim, sən yoxkən, sənsiz,
İndi növbə çatıb, sənin özünə.

Özgə qucaqlarda xoşbəxt olmadın,
Gəlmisən qisası məndən alasan.
Əxlaqsız həyatdan heç utanmadın,
Mənim qucağımda yer axtarırsan.


Tarix: 27.01.2015 / 12:08 Müəllif: Aziza Baxılıb: 160 Bölmə: Sevgi şerləri