beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SƐ�?SĪZĿĪҠĿƐ ßΛƇΛŔMĪŔΛM...

Men yaxsiyam...
Yavaş-yavaş öyrəşirəm tənhalığa...
Yavaş-yavaş barışıram qismət ilə...
Kədər ilə, həsrət ilə...
Bir az soyuq davranıram göz yaşımla...
Axır-axır, silmirəm heç..
Hardan gəlir, hara gedir, bilmirəm heç...
Doğrusunu desəm əgər, vaxtım yoxdur...
Zaman azdır, fikir çoxdur...
Neyse...nəysə...
Bax belece yaşayıram...
Amma təkcə,
Amma təkcə...
Sənsizliklə bacarmıram...
Bacarmiram...

Yadındadır?
Yaman tənbəl idim, yaman...
Səhər tez oyanmağı da,
Bacarmırdım heç o zaman...

İndi saatı qururam,
Bir kənarda otururam...
Hey baxıram.....
Hey baxıram...
Yuxum üçün darıxıram...
Saniyələr qovha-qovda,
Saat qaçaq...
Başı qaçmağa qarışan saat məni,
Görən necə oyadacaq?

Nə qəribə sualdır bu?
Axtardığım cavab budur...
O cihazdır,o qurğudur...
Saat insan deyil axı...
O unutqan deyil axı...

Yenə bos-bos danışıram?
Neyse...nəysə...
Bax belece yaşayıram...
Amma təkcə,
Amma təkcə...
Sənsizliklə bacarmıram...
Bacarmiram...


Tarix: 27.01.2015 / 11:57 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Sevgi şerləri