beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TƏK GERÇƏYİM

TƏK GERÇƏYİM
***
İlahi canımı niye almadın?
Kaş mene bu günü göstermiyeydin.
Meni sevgilime qovuşdurmadın.
Bu eşqi qelbime göndermiyeydin.

Ne amal uğruna yaşayım indi?
Hansi geleceyin xeyalın qurum?
Qelbimden ele bir yara almışam.
Çetinki bir daha ayağa durum.

O meni heyata bağlayan sebeb.
O menim varlığım, göz bebeyimdi.
Bu yalan dünyada yalandi her şey.
O menim heyatda tek gerçeyimdi.

Biz nece arzular etdik ilahi.
Heç bele ayrılıq düşünmemişdik.
Sağ iken tükendik bitdik ilahi.
Birce gün beraber sevinmemişdik.

Gözümün yaşını tuta bilmirem.
Xeyal eledikce olub keçeni.
Demeyin kişi de ağlayarmı heç?!
Bu derdi yaşıyan anlayar meni.

O menim qelbimin içinde deyil,
O özü sinemde üreyim idi.
Ömrümün sonuna qeder deyecem.
O menim yegane gerçeyim idi...
O menim yegane gerçeyim idi...

Müellif: Nüsret Hesen

(başqa saytlara kopyalayan binamusdu. Oxuculardan üzr isteyirem)


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 222 Bölmə: Sevgi şerləri