Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qardaşıma…

…Gözlərimi yumdum….

Sənsiz dünyanı bir an düşündüm,
Sənsənmiş günəşi mənim dünyamın..
Gözlərimi açıb yaman üşüdüm,
Səni hər kəsdən çox sevir bacın..

Bəzən nifrət etdirmişəm səni özümdən,
Bəlkə səhvlərim var özüm bilmədən.
Allahım, bağışla günahlarımı,
Qardaşımı alma mənim əlimdən..

Odur arzularımın böyük hissəsi,
Onunla döyünür bu ürək səsi.
Hər şeydən güclüdür Qardaş sevgisi,
Birdə onu üzsəm Allahım, al nəfəsimi.

Bilmirəm nə deyim qardaşım sənə,
Bilmirəm nə deyim xoşuna gəlsin..
Təkcə onu bil ki, dünyada mənə,
Hərşeydən əzizdir o doğma səsin..


Tarix: 26.12.2014 / 12:44 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Sevgi şerləri
loading...