beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaytarın dünyaya təzədən məni,

Saralan yarpaqlar, solan çiçəklər,
Bilmədim, nə zaman açıb-soldular.
Qayğısız anlarım, xoşbəxt anlarım,
Hardan gəlmiışdilər-necə oldular?
Qaytarın dünyaya təzədən məni,
Hələ bu dünyanı duymamışam mən...

Dolanım başına, a doğma kəndim,
Qınama, qoynundan uzaq düşmüşəm.
Əllərim əlinə yetişməsə də,
Şirin yuxularda çox görüşmüşəm.
O vaxtkı durumun xatirimdədir.
Bəs bu gün necəsən?-Hansı uşaqlar
Bu günkü anını qəlbinə yazır?
Kimlər səhər tezdən dərsə tələsir?
Kimlər çəmənindən şehli gül dərir?


Tarlanı becərir,arxını qazır?
Söyüd ağacları dururmu hələ?
Külək saçlarını yolurmu hələ?
Qaytarin dünyaya təzədən məni
Bu boyda bir ömrü sovurdim yelə,
Hələ bu dünyanı duymamışam mən.

Bir-bir insanları sınağa çəkdim.
Çoxu sınağımdan keçə bilmədi.
Gözlərim hər şeyi gözəl görürdü,
Gözəllik qəlbimə köçə bilmədi,
Könlüm həsrət qaldı neçə istəyə,
Nanə yarpağı tək əsdi ürəyim,
Çırpındı hey, gündüz-gecə bilmədi,
Qazancım nə oldu?-bolluca kədər,
Tuş oldum hədərə, heçə bilmədim.
Qaytarın dünyaya təzədən məni-
Yaxşını yamandan seçə bilmədim,
Hələ bu dünyanı duymamışam mən.

Əlvida,əkdiyim körpə ağaclar,
Həsrətdən saralan güllər,əlvida!
Əlvida, yolumda ağaran şaçlar,
Öpüb oxşadığım əllər, əlvida!
Bir zaman sevdiyim qızlar qocaldı.
Bəs məni sevənlər hayanda qaldı?
Dedim uzanacaq ömür əbədi.
Nə bilim yollarım boranmış.qarmış.
Mən hardan biləydim qoca dünyanın


Ayrılığı varmış, ölümü varmış...
Qaytarın dünyaya təzədən məni,
Elə əllidən də ömür başlarmış.
Hələ bu dünyanı duymamışam mən,
Hələ bu dünyadan doymamışam mən...


Tarix: 27.01.2015 / 11:49 Müəllif: Aziza Baxılıb: 102 Bölmə: Sevgi şerləri