beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qınamayaq özümüzü

Əllərimdə əllərinin izi var,
Dodağımda dodağının istisi.
Ürəyimdə sızlar həsrət nəğməsi,
Səndən başqa sevməmişəm bir kəsi.

Nə qalacaq ötəri bir sevgidən,
Acısa da xatirələr yaxşıdı.
Bu ayrılıq saçlarıma salsa dən,
Elə billəm məhəbbətin naxışıdı.

Ömür-gün gözləmir, ötür cavanlıq,
Hərdən kövrəlirəm bir uşaq təki.
Xəyalen geriyə dönüb bir anlıq,
Olmaq istəyirəm ancaq səninki.

Vəfasız deməyək bir-birimizə,
Qoy ləkə görməsin ötən sevgimiz.
Bəzən dönük çıxıb istəyimizə,
Zamanın hökmünə baş əyirik biz.


Tarix: 26.12.2014 / 14:26 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Sevgi şerləri