Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bizi ayrılığa aparan yollar

Dayandıq bir yolun ayrılığında biz,
Yolların da səbri daralmalıymış.
Yollar tək qovuşan ümidlərimiz,
Yollar tək beləcə ayrılmalıymış.



Ayrıldıq,ayrılıq qəmindən uzaq,
Küləklər yaladı izlərimizi.
De kimə,de nəyə qazandıraq haqq,
Bu yollar,bu yollar ayırdı bizi.



Ayrıldıq,ayrılıq güc gəldi yaman,
Ömürdən narahat günlər ötüşdü.
Yolumuz üstündə dayandı hicran,
Bəxtimə haraysız bir sevgi düşdü.



Ayrıldıq ötüşdü neçə qış,bahar,
Səni ürəyimdən qoparammadı.
Bizi ayrılığa aparan yollar,
Bir də bu yerlərə qaytarammadı.


Tarix: 27.01.2015 / 11:39 Müəllif: Aziza Baxılıb: 220 Bölmə: Sevgi şerləri
loading...