beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Darıxmışam.........

Sənə çox sevirəm deyə bilmirəm
Yaman bağlanmışam niyə bilmirəm
Gəlib qapını da döyə bilmirəm
Sənsiz yaman darıxmışam sevgilim.

Seni sevən gündən çox dəyişdim mən
Sevir ya sevməyir fikirləşdim mən
Səndən uzaqlarda başa düşdüm mən
Sənsiz yaman darıxmışam sevgilim.

Nə ömür bitməyir, nə qəm bitməyir
Niyə dərd-kədərim sona yetməyir?
Gecələr gözümə yuxu getməyir
Sənsiz yaman darıxmışam sevgilim.

Söylə ayrı qalsaq neyləyəcəm mən?
Ölüncə yolunu gözləyəcəm mən
Səni görən zaman söyləyəcəm mən
Sənsiz yaman darıxmışam sevgilim.


Tarix: 26.12.2014 / 14:25 Müəllif: Aziza Baxılıb: 241 Bölmə: Sevgi şerləri