beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhdimnən dönməmişəm

Ey yar mənim üçün elə bil sanki mələksən
Tutmaq belə olmur səni bir yarə bərabər
Dünyanı dolaşsan ola bilməz sənə bənzər
Bir sən kimi dünyada mələk görməmişəm mən.

Ey gül sənin eşqin ilə çəksəmdə əziyyət
Qəlbimdə sənə bəsləmişəm mehri-məhəbbət
Qalsamda gülüm mən neçə müddət sənə həsrət
Sənnən savayı bir gözəli sevməmişəm mən.

Hər bir baxışın şux yerişin qəlbə səfadır
Birdə məni heyran eləyən səndə vəfadır
Yüz min canım olsun hamı uğrunda fədadır
Bəlkəm gözəlim istəmisən verməmişəm mən ?

Sən mənlə dalaşsanda səni sevmişəm həmşə
Hər işimə qarışsanda səni sevmişəm həmşə
Küssəndə, barışsanda səni sevmişəm həmşə
Əhdimnən hələ bircə dəfə dönməmişəm mən.


Tarix: 26.12.2014 / 14:03 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Sevgi şerləri