Hara baxıram sən ordasan,
 yanımdasan
 Adın dilimin əzbəri, əlimdəki
 sazımdasan
 .......
 Sən olmusan varım, yoxum, tək
 diləyim
 Dərd ortağım, çoxumda həm
 azımdasan
 .......
 Necə unudaram səni, ürəyimin
 arzusunu
 Bağlanmısan qədərimə, alın
 yazımdasan
 .......
 Nə fərq edər ayların, fəsillərin
 dəyişməsi
 Sən həm qışım həm baharım
 yazımdasan
 .....
 Xəyalinla  gulərəm xəyalinla  mən
 ağlaram
 Hər sevincimdə, axan gòz
 yaşlarımdasan
 .......
 Səndən əvvəl də yaşayırdım heç
 bilmirəm
 Tək bildiyim kecmisimde  bu günümdə,
 sabahımdasan
 
 .......
 Sanma ki əl çatmazımsan, cox
 uzaqdasan
 Damarımdaki qan, candan ötə
 canımdasan
 .......
 Sənsiz heç olmadım qalmadım,
 olmaramki
 Axı çəkdiyim hər nəfəsdəsən
 həyatımdasan
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 101 Bölmə: Sevgi şerləri