beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qısqanıram...

Gülüm səni sevən gündən,
Mən özümə qısqanıram.
Hər dəfə sənə baxanda,
Öz gözümə qısqanıram.

Arzum qalır ürəyimdə,
Nə arzum var, deyirəm də.
Hər yazanda şeirimdə,
Öz sözümə qısqanıram.

Nə ola özünü yetir,
Düşünürəm sevgim bitir.
Yollarında izim itir,
Öz izimə qısqanıram…


Tarix: 26.12.2014 / 13:57 Müəllif: Aziza Baxılıb: 84 Bölmə: Sevgi şerləri