beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Gorus Sonuncu Gorus Deyil Ki

Getmesem inciyir,getsem sevinmir
Bu gorus sonuncu gorus deyil ki
Ne istediyini ozude bilmir
Bu gorus sonuncu gorus deyil ki

Zenn etme sinemde demirdi,dasdi
Bu ne heyecandi,bu ne telasdi?
Niye aglayirsan,bu yas ne yasdi?
Bu gorus sonuncu gorus deyil ki

Qorxma,vefaliyam,donmeyecem men
Ne olsa yaniram,sonmeyecem men
Qorxma,yasayacam,olmeyecem men
Bu gorus sonuncu gorus deyil ki

Niye kovrelmisen,ne dedim sene?
Gozlerin dolubdu,hazirdi yene
Niye hesret ile baxirsan mene?
Bu gorus sonuncu gorus deyil ki

Ele bil neyese matem tutursan
Qeher bogazina gelir udursan
Niye danismirsan,niye susursan?
Bu gorus sonuncu gorus deyil ki

Onsuz danismirsan,niye calisim?
Yaxsi,sen danisma,qoy men danisim
Amma icaze ver birce sorusum
Bu gorus sonuncu gorus deyil ki?


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 135 Bölmə: Sevgi şerləri