beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəbbətim,məhəbətim

Arzularım yetim qaldı,
Dünya yaman qeylü-qaldı.
Acı sözü mənə baldı,
Məhəbbətim,məhəbbətim.

Ümman kimi şağlayan sən,
Yadlara bel bağlayan sən.
Ağlayırsan,ağladan sən,
Məhəbbətim,məhəbbətim.

Məni salmısan kəməndə,
Ürək necə dözsün dərdə?
Qara bəxtim gülər bir də
Məhəbbətim,məhəbbətim.

Şair Mövlud,fikir çəkmə,
Gül bağında qanqal əkmə.
Belini belə tez bükmə,
Məhəbbətim,məhəbbətim.


Tarix: 26.12.2014 / 13:43 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Sevgi şerləri