beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dostumun sevdiyi

Mənə bir qız gəlib sevirəm dedi
Bu ki, sevdiyidir mənim dostumun
O mənə dost deyil qardaş kimiydi
Tək yaxını idim həmin dostumun.

Dedim ki, dostumun sevgilisisən
Mən sənə sevirəm deməyəcəyəm
Dedi ki, onu mən incidib biraz
Ayrılmaq həddinə gətirəcəyəm.

Dedim ki incitsən, zülümlər etsən
Səni ürəyindən silən deyil o
Axı canındanda çox sevir səni
Gedib özgəsini sevən deyil o.

İncitmə onu sən pərişan olar
Çünki yaşamına səbəbisən sən
Bir insan nəfəssiz necə yaşayar?
Ona həyat verən nəfəsisən sən.

İnan ki, dilindən düşməyir adın
Məhəbbət dəlisi etmisən onu
İnkar eyləsəndə yoxbir mənası
Bilirəm ki, səndə sevmisən onu.

Sənin xoşbəxtliyin o insanladır
Sənə həsr eləyib bütün gününü
Unut aramızda olan söhbəti
Dostumun yanında yaşa ömrünü.


Tarix: 26.12.2014 / 13:36 Müəllif: Aziza Baxılıb: 136 Bölmə: Sevgi şerləri