beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eriyen Omrumu Sene Wam Yazdi

Ucadan ucadır bizi yaradan
Nəcibdən nəcib
Bu qədər dərdlidən bir məni seçib
Səni dəva yazdı,
Məni can yazdı
***
Ədalət üstündə quruldu divan
Sevən ürəyimdən dara çəkildim
Dünyanın içində bir ayrı cahan
Səni günəş yazdı,
Məni dan yazdi
***
Könlümə bir xeyli məşəqqət sınaq
Eşq nədir bilməyən insanlarından
Üstümə qoşuntək məzəmmət qınaq
Səni xəyal yazdı,
Məni kam yazdı
***
Divanə zülmünə dözmədi demə
Məni məzlum bilib vəfasız bilmə
Bütün iztirabi düzdüm sətrimə
Səni şeirlərdə ən gözəl misra
Əriyən ömrümü sənə şam yazdı


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 59 Bölmə: Sevgi şerləri