beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sərxoş yazılar (Sevgi sərxoşu)

Soyuq daxma olsan belə, səni doğma ev bilərəm,
Yaxınlaşa bilmirəm deyə, guya ki sevmirəm hə?
Əslində, inanmam böyük, xoşbəxt sevgilərə,
Bir də, ki o qədər inkişaf eləməyib sevgim hələ.
Gecələr düşüncə, xatirələr, vərəq, silgi, qələm,
Səni küçələrdən evinə kimi izləyən, bil, ki mənəm.
Düzü, yanına o qədər də asan deyil, ki gələm,
Gözündən axan hər damcı mənəm, sil, gilə nəm.
Saçına damlalar axsın, nəfəsimə sər, silərəm,
Əlimdə olsa əgər sevgimi dünyaya sərgilərəm.
Gözlərimdə ağrı, bir də qəlbimdə gərgin ələm,
Səni hər görəndə, beyindən həyəcan zəngi gələr.
Mənə yönələn baxışların məni xoşbəxt zəngin edər,
Sındırıb sənə gələrəm, bağlasan məni zəncirə də.
Kipriyimdə bir-neçə damcı var , bəzən bir ədəd,
Mənim ürəyim həbs olunub beynimdəki xatirədə.


Tarix: 26.12.2014 / 13:08 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Sevgi şerləri