Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YADINDAMI..

Bir yay axşamı təmiz ürəklə,
Qarşıma çıxdığın,de,yadındamı?!
Qəlbimə köz atıb arzu-diləklə,
Odlara yaxdığın,de,yadındamı?!

Söyüd kölgəsində qoşa duranda,
Sevən ürəyimiz birgə vuranda,
Ay çıxıb,ətrafa işıq salanda,
əmimdən qorxduğun,de,yadındamı?!
Sevənlər quş kimi göydə süzərlər,
Həsrətə-hicrana birgə dözərlər.
Onda gözlərimə küskün nəzərlə
Xəlvəti baxdığın,de,yadındamı?!

Həyat yollarında məni əyləyib,
Ürək vüsalına nəğmə söyləyib.
Verdiyin sozlere emel etmeyib
Yalanlar satdigin
,de,yadındamı?!

Keçilən yolları keçmək günahdır,
Özgəyə könlünü açmaq günahdır.
Söz verib,əhdindən qaçmaq günahdır,
Qelbimi qirdigin ,de,yadındamı?!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 84 Bölmə: Sevgi şerləri
loading...