beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə Olar, Qoy Yatım Oyatma Məni

Bir şirin yuxusan mənimçün indi,
Nə olar, qoy yatım oyatma məni.
Oyansam yuxumda bitəcək axı,
Nə olar, qoy yatım oyatma məni…

Bu Şirin yuxuda bir ömür yatım,
Hər an yanımda görüm mən səni,
Yalnızca sən ol mənim həyatım,
Nə olar, qoy yatım oyatma məni…

Görüşək səninlə hər an, hər saat,
Heç getmə yanımnan, tut əllərimi.
Yenə sevgilim, dizlərimdə yat,
Nə olar qoy yatım oyatma məni,
Nə olar qoy yatım oyatma məni…


Tarix: 26.12.2014 / 12:32 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Sevgi şerləri