beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın ürəyi...

Omrə zinət verən sədaqət quran
Kişinin urəyini nurla dolduran
İsməti bir nəsli goyə qaldıran
Eşqə hokmrandır qadın urəyi.

Guldursən omurluk səadətindir
Sondursən yandırmaq birdə cətindir
O əsl qayğının məhəbbətidir
Sevgisiz zindandır qadın ürəyi

Onunla dünyadır sənə qəfəs də!
Onsuz hec yaşama bu torpaq üstə
Sevən bir ürəyə axır nəfəs də
Ən gözəl dərmandır qadın ürəyi

Bir namərd əlində zəhər icəndə
Kecirir ömrünü o yas günündə
Bəzən ən qiymətli libas icində
Nalədir, fəqandır qadın ürəyi

Necə zəhimlidi, necə amansız
Necə mehribandır qadın üreyi
Sən onu sıdırsan bil ki, cansız
Ağlayan kamandır qadın ürəyi

Əriyib gözlərdə yaş da olar o,
Daşıda əridər, daş da olar o,
Baharda olar o, qış da olar o,
Dəryadır, ummandır qadın ürəyi

Onu alcaldan da, ucaldan da biz
Dərd verən və’dəsiz qocaldan da biz
Qədrini biləndə bu cahanda da biz
Həmişə cavandır qadın ürəyi

Gözəl gül tək solar acıq bir sözdən
Ağlayar xəlvəti gülsədə üzdən
Bəzən yaşar kimi bir ürəksizdən
Məhəbbət yamandır qadın ürəyi.


Tarix: 26.12.2014 / 12:23 Müəllif: Aziza Baxılıb: 80 Bölmə: Sevgi şerləri