beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Unuda bilməyəcəksən...

Əlvida deyəcən mənim sevgimə,
Başqa bir məhəbbət sən gəzəcəksən.
Amma əminliklə deyirəm heç an,
Sən məni unuda bilməyəcəksən.

Çünki, ürəyini mən bağlamışam,
Sinəni eşqimlə mən dağlamışam.
Dərd olub qəlbində mən çağlamışam,
Sən məni unuda bilməyəcəksən.

Başqasını sevib, canım desən də,
Bəxtini hökmünü ona versən də.
Onunla hər an xoşbəxt görünsən də,
Sən məni unuda bilməyəcəksən.


Tarix: 26.12.2014 / 12:01 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Sevgi şerləri