beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sarı gəlin....

Gözəlliyin göz önündə,
Gözün başqa qiyamətdi.
Danışırsan şirin-şirin,
Nəzakətdi,nəzakətdi.
Xam xəyalım hər bir gecə,
Sənə sarı güzar etdi.
Bu bilmirəm adi hisdi,
Bilmirəm ki,məhəbbətdi.
Ağ bənizin ağ bədənli
Olmağına dəlalətdi.
Ay dağların qarı gəlin-
Sarı gəlin.

Pəncərədən küçəyə bax
Görüm səni pəncərədən.
Gözlərimin düşmənidir
Pəncərədə olan pərdən.
Ürəyimə girən gündən
Ağlım,huşum gedib sərdən.
Məni dərdə salan gözəl,
Qurtar məni dərdi-sərdən.
Gül üzünü görmək üçün,
İcazə ver hərdən-hərdən
Gəlim sizə sarı gəlin-
Sarı gəlin.

“Əllərimin arzusudur,
Gecələmək qar qoynunda”
Şirin həyat elə sənsən
Bal dodaqda,nar qoynunda.
Öz xoşumla gələrəm mən,
Qursan mənə dar qoynunda.
Göz qırpmaram,ah çəkmərəm
Bilsəm ölüm var qoynunda.
Mən yetimin ölməyinə,
Sənin kimi yar qoynunda
İcazə ver barı gəlin-
Sarı gəlin.


Tarix: 26.12.2014 / 11:58 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Sevgi şerləri