beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənə deyir sevmir məni?

O deyilmi məni görüb üzü gülən
Sonra acığ ilə göz süzdürən
O deyilmiydi mənə səni sevirəm deyən
Sənə deyir sevmir məni?

Harada olsam ora gəlir
Dostlarına məni sevmədiyini deyir
Onu bil ki, bu sözü o yalan deyir
O hələ də məni sevir
Sənə deyir sevmir məni?

O hər gün ağlayır mən bunu bilirəm
Onu çox vaxt yaman bikef görürəm
Onu sevdiyimi mən hər kəsə deyirəm
Sənə deyir sevmir məni?

Onu bir an görmək üçün canımı belə verərəm
Razı olsa onu götürüb buralardan gedərəm
Ölümümü ondan qabaq istəyərəm
O olmasa mən yaşayan bir ölüyəm
Sənə deyir sevmir məni?

Eybi yox sevməyirsə qoy sevməsin
O ürəyi başqası üçün döyünsün
Sevgilisi ilə gəzəndə
Məni görüb heç zaman gizlənməsin
UNUDARAM!Onsuzda sevmir ki, məni.


Tarix: 26.12.2014 / 11:58 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Sevgi şerləri