beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Danış mənə

Dünyanı danış mənə,həyatını..
Yaşadığın hər anını..saatını
Danış mənə..
Susma,zira sən susarkən,
Ana balaya,bala anaya..
həsəd duyan,yol gözləyən
bir yar kimi…
bulaqların olmadığı..
səhralıqda,su arayan,
ceyran kimi,maral kimi susayıram..

Sən susarkən..
Mən ölürəm,şəhid olmuş,
yaralanmış,bir ər kimi,
öz yarını itirərək,
Məcnun olan,küçələri dizi qanlı
qəlbi sınıq,ruhu yanıq,
dodaqları çart-çart olan nəfər kimi susayıram,
SəN Susarkən…
Danış mənə…ötüb kəçən illərini..
mənsizliyə mənlə birgə addım,atan illərini..
Susma danış,sən susarkən,
Qayalardan,çınqıllığa çırpılaraq,
yayalanan sular kimi…
Döyüş meydanından yeni çıxan,
at belində məni aparan,
yollar kimi susayıram
Sən susarkən…
Qarabağsız,bir can kimi,
iki ruha parçalanan,qartal kimi
son Ümidlə yol gözləyən Turan kimi,
haqq işığın cahanına doğru saçan,
Quran kimi susayıram…
SəN Susarkən..
Ellər əsir gözlər görmür..
Elə bilmə adı əbədi Cavid,ölmür?!
Ölür,ölür hər gün ölür,
O, gördükce hər gün ölür…
Sən susarkən..Sən susarkən


Tarix: 25.12.2014 / 16:03 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Sevgi şerləri