beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözləntisiz, qarşılıqsız sevin ki adı sevgi olsun...

Heç qarşılıqsız sevdinizmi?
Yəni "Bu gün zəng etmədi" demədən, "indi haradadır görəsən?"
deyə öz özünüzü yemədən, "Ad günümü xatırlayacaqmı
görəsən?" deyə bir gözləmə içinə girmədən...
Sevdinizmi heç?
Onun, sizə aid bir mal olmadığını qəbul edib ,
onu azad həyatı ilə sevməyi sınadınızmı?
Yanındakı yoldaşına mehel qoymamağı öyrənib
amma məhəl qoymurmuş kimi etmədən, həqiqətən fikir vermədən,
"Bitəcəksə bitər , bunu mən deyistirə bilmərəm, məni sevməkdən əl çəkməsini
dəyiştirə bilməyəcəyim kimi" deyə düsünüb.
Onu yersiz qısqanclıqlara boğmaktan və
özünüzü incitməkdən imtina edə bildinizmi heç?



Heç gözləmədən çalan bir qapıda,
onu qarşınızda görmək nə gözəldir bilərsinizmi?
Gözləmədiyiniz bir anda hədiyyə almaq ən sevdiyinizden...
Və gözləmədən gələn bir "səni sevirəm" mesajının dadını bildinizmi heç?
Siz istediyiniz üçün deyil, o istəyir deyə edildimi bütün bunlar?
Və qarşılıqsız,gözləntisiz sevmənin dadına baxa bildinizmi heç?
"Bu gün məni xatırlamadı" yerinə "Heç gözləmirdim,
sənin gələcəyini" deyə bilmək nə gözəldir halbuki...
Onu boğmadan, özünüzü boğmadan sevə bilmək nə gözəldir...
Sahiblənmə duyğusundan uzaq, sevmənin, sevilmənin dadına vara bildinizmi heç?
Edilməmiş etiraflar, söylənməmiş sevgi sözləri ilə
öz özünüzü sevgi çıxmazında itirəcəyinizə,
Heç gözlənilməyən bir dəstə çiçəklə xoşbəxt oldunuzmu?




Gözləntisiz sevin...
Mən, gözləntisiz sevirəm...
"Niyə axtarılmadım" deyə düsünüb öz- özünüzü
incidəcəyinizə, heç gözlənilməz bir "Sənin üçün darıxdım" mesajı ilə asqı tutun..
Gözləntisiz sevin...
Mən, gözləntisiz sevirəm...
O, sizin sevgiliniz olduğu üçün deyil.
Ona sənədli malınız kimi, çantanız, avtomobiliniz kimi
davranma haqqınız olduğunu düsünmədən.
Onu sevdiyiniz, onun da sizi sevdiyi üçün sevin...
Sevgiyə qarışan "gözlənti" deyilən xəstəliyi
dərhal silin sevginin beyaz səhifələrindən...




Görəcəksiniz ki, o zaman sevgi, basqaa bir gözəl...
Görəcəksiniz ki, o zaman sevimli, daha bir romantik...
Görəcəksiniz ki, o zaman sevmək və sevilmənin
damaqlarda buraxdığı dad, köhnəlmiş şərab kimi, gözlənti
zəhərinə qarışmadan bir basqa gicellendirir insanın başını...
Mən, gözləntisiz sevirəm...
Onun harada olduğu ilə maraqlanmıram...
"Məni bu gün niyə axtarmadı" deyə
düşünmürəm, zəng eləmədiyi zamanlarda...
Gələcəyə dair xəyallarım da yoxdu onsuz da
Mən, sevgini yaşayıram...
Onun yanımda olduğu anlar o qədər dəyərli,o qədər qiymətli ki...
Gerçəkləşməmiş və
gerçəkləşməyəcək gözləntilərlə məhv etmirik o anları...
Gözləntisiz sevirik...
Sevdiyimiz üçün sevirik...
Xəyalsız, gələcəksiz, gözləntisiz... Anlıq sevirik...
Yoxlayın... Gözləntisiz sevməyi yoxlayın bir gün...
Gözləntilərlə boğduğunuz sevgilərinizə yazığınız gələcək..


Tarix: 03.12.2014 / 18:40 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Sevgi şerləri