beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalnız Keçən Sevgililər Günü...

Sevgililər gününü yalnız keçirmək sonsuza qədər yalnız qalacağınız mənasına gəlmir

14 fevral -Sevgililər günü yaxınlaşır. Hər nə qədər bu günün Azərbaycanda qeyd edilmədiyi bildirilsə
də, mağaza vitrinlerində bu günlə bağlı xüsusi hədiyyələrin qoyulması, müxtəlif endirimlər barədə
elanlar və s. bu günün qeyri-rəsmi səviyyədə də olsa qeyd olunduğunu göstərir.


Təəssüf ki, bütün bunların sizinlə heç br əlaqəsi yoxdur. Çünki siz yalnızsınız...Bu cümlələr ağır gələ
bilər. Ancaq bütün bunlar ümidsizlikdən və təəssüflərdən canınızı qurtarmağa mane ola bilməz.
Sevgililər gününü yalnız keçirmək sonsuza qədər yalnız qalacağınız mənasına gəlmir.

Fevralın 14-de atacağınız bir neçə addım sizə yalnızlığınızı azda olsa unutdura bilər.


Birinci addım:
Bu il 14 fevral bazar ertəsinə düşür. Bayramı nəzərə alaraq iş həftəsinin ilk günü işə özünüzə qulluq
etməmiş getməyin. Həmişəkindən daha gözəl geyinin, özünüzə qulluq edin.


İkinci addım:
Gün boyu gülümsəməyə çalışın. Heç kimin sizin yalnız olduğunuzun fərqinə varmasına ehtiyac yoxdur.
Əgər belə olsa, bu gün özünüzü pis hiss etməyəcəksiniz. Yoldaşlarınızla söhbət edin. Şəxsi həyatınız
barəsində verilən sualların üstündən keçməyə çalışın.

Üçüncü addım:
İşdən evə gələn kimi əyninizi dəyişib özünüzü çarpayıya atmaq haqqında fikirləşməyin. Əksinə daha
gözəl paltar geyinin. Bir az film izləyin.


Dördüncü addım:
Təklifləri dəyərləndirin. Müasir dövrün kompüter dövrü olduğunu nəzərə alsaq onda insanların günün
böyük bir qismini internetdə, sosial şəbəkələrdə keçirdiyini demək olar. Əgər başqa bir yalnız dostunuz,
tanışınız sizə görüşməyi təklif etsə, imtina etməyin.

Beşinci addım:
Görüş təklifi istənilən şəxsdən gələ bilər. Siz yetər ki, yerinizden durun və qapıdan çölə çıxın. Sevgililər
günündə mütləq sevgilinizin olması ilə bağlı şərt yoxdur. Dostlarla edilən söhbətlər çox zaman sevgili
ilə keçirilen vaxtdan daha maraqlı ola bilər


Tarix: 03.12.2014 / 18:39 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Sevgi şerləri