beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elə-belə

Elə belə...

Damla-damla sənin ağrılarını götürəcəm.Tədricən,sən heç hiss etməyəcəksən necə...Ağrıların keçib gedəcək və bir gün başa düşəcəksən ki,o həmişəlik yox olub.
Əvəsizdə sevinc və xoşbəxtlik ləçəklərini ovuclarıma toplayıb sənə bağışlayacam.



Sən xətrimə dəyməmək üçün götürəcəksən,mən də bundan fərəhlənib hər gün sənə sevinc ləçəkləri bağışlayacam-günəşlə dolu.Sən tədricən mənim hədiyyələrimə öyrəşəcəksən və bir gün başa düşəcəksən ki mənim ləçəklərim sənə kömək edir.
Və gülümsəyəcəksən-axı belə şey ola bilməz,bu cəfəngiyyatdır,belə olmur heç vaxt.Amma nədənsə sənin ürəyin işıqlanır,mən yenə ovuclarımda sənə işıq və sevinc bağışlamağa davam edəcəm.




Elə-belə...sən bu günəşi hiss edə biləsən deyə,səni gülümsəməyə vadar edə bilim deyə.Sən yenə fikirləşəcəksən ki, bunlar mənasızdır,amma çox xoşdur.
Mən indi də ovuclarıma istilik yığıb sənə bağışlayacam...qəlbini isitsin deyə,həyatın acı küləklərindən yorulan,hətta bəzən bezən qəlbini.
Və həqiqətən də qəlbində istilik olacaq və həyatın acı küləkləri daha sənə çətin və qorxulu gəlməyəcək.Əksinə sən üzünü onun mehinə verib sərinlənəcəksən,irəliyə gedəcəksən.Axı sən bununla sənsən.



Məhz irəliyə getmək bacarığınla...
çətinliyə sinə gərmək bacarığınla...
mərdliklə dözmək bacarığınla.



Mən ovuclarımda sənə sevinc bağışlayacam-elə belə...sən bir gün gülümsəyəsən deyə.Bu cəfəngiyyatdır bəlkə də, amma...
Amma sənin mənim hədiyyələrimdən xoşun gəlir,sən onlardan imtina etməyəcəksən və gülümsəyəcəksən.Elə-belə...


Tarix: 03.12.2014 / 18:11 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Sevgi şerləri