beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən bir oğlanam - Mən bir qızam

Mən bir oğlanam ;
Əvvəl səninlə mələk kimi davranaram.
Qızlara əhəmiyyət verdiyimi deyərəm.
Sonra yaxın dost olarıq, görüşərik.
Sən mənə aşiq olarsan mənsiz yaşaya bilməzsən, mən səni «sən fərqlisən» deyə aldadaram.
Sən hər kəsə məni izah edərsən «aşiq oldum» deyə.
Məndə hər kəsə səni izah edərəm «istifadə edirəm» deyə.
Artıq mənə a......şiq olarsan.
Məndən ayrılınca mırta gözəl söz söyləyərəm.
Bağışlayarsan.
Mənə dəhşət öyrəşərsən, bağlanarsan.
Bir gün səninlə dəhşət mübahisə edərəm, heç gözləmədiyin bir mübahisə.
Sonra əlaqəni qırıb bu dəfə özüm ayrılaram səndən.
Səhər axşam darıxarsan mənimçün, peşman olarsan və mənə yalvararsan.
Mən gülərəm heç olmamısan kimi həyatıma davam edərəm.
Qızlarla danışaram, əylənərəm nə bilimeee səni vecimə almaram heç:))...



Mən bir qızam ;
Sən sənin üçün ağladığımı sandığın zamanlarda əslində şəxsən özümə qapılaram.
Sən mənə gəldiyində səndə kimsənin görə bilmədiyini gördüyüm üçün sənə qucaq açaram.
Sən məni özünə aşiq etmək üçün romantik sözləri bir-birinin ardına düzərkən, arxamca düşərkən səni xoşbəxtliklə izləyərəm.
Çünki bilirəm, nəticədə sonu yalnız bir «Salamat qal» dır.
Sən məni üzərsən və mən özümə qapılaram.
Bəlkə də yalvararam.
Amma bu sənə deyil, özümə yenidən gələ bilmə səyim üçündür.
Mən darıxaram, çox darıxaram, hətta həmişə darıxaram.
Amma sevməyi səndən çox daha yaxşı mən bilərəm və buna görə ən çox mən darıxaram.
Sən gülərsən xaricindən, mən sənin taaa içinə kimi görərəm.
Bu üzdən yoldaşlarıma səni izah edərəm, danışdıqca böyüyərsən içimdə.
Eyni zamanda da yox olarsan.
Və sən günün birində mənə haqsızlıq etdiyini düşünüb geri gəldiyində, mən həqiqətən gülümsəyərəm…


Tarix: 03.12.2014 / 17:52 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Sevgi şerləri