Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qapını döymüşəm gecəyarısı

Qapını döymüşəm gecəyarısı
Saçımda bir əlin təması gəlib.
İsti dodağımda bir öpüş izi,
Əlimdə bir saçın xınası gəlib.

Yuxulu gözündə qızartı görüb,
Qızara-qızara yalan demişəm.
Şübhənin bəhanə payını verib,
Hələ yatmayıbki balam demişəm.

Tez-tez oynayıram mən bu oyunu,
Neçə yad sifəti görüb gəlirəm.
Sənin bir ömürlük sevgi payının,
Yarsını özgəyə verib gəlirəm.

Bu elə duyğu ki, bu elə qəm ki,
Min olsa yenədə əyməzdi səni.
Bəzən eləsinə dəyişmişəm ki,
Bəlkə dırnağına dəyməzdi sənin.

Pəncərə dalında yollara baxıb,
Yuxusuz gözünlə vaxtı sayırsan.
Körpə balaları köksünə sıxıb
Mürgülü-mürgülü gülümsəyirsən.

Nağıl danışırsan"Min bir gecədən"
Nağılın qorxulu, sehrli, qəmgin.
Mən isə sallanıb kəndir gecədən,
Bir quyu dibinə enirəm hər gün.

Bilmirəm mələksən, Allahsan , nəsən?
Mənə bağışladın neçə günahı.
Belə mehribanlıq eylədikcə sən,
Özüm öz gözümdən düşürəm, axı...


Tarix: 25.11.2014 / 13:46 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Sevgi şerləri
loading...