beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yenə payız gəldi bahar ömrümə

Yenə payız gəldi bahar ömrümə,
Bütün yaşıllıqlar saraldı getdi.
Allahdan xoşbəxtlik dilədim, o da,
Gözümə gəlmişdi, gözümdən itdi.

Göydə buludlar da qaralıb gedir,
Ömrümə leysanlar yağacaq demək.
Ömrüm yarpaq-yarpaq saralıb gedir,
Xəzəl olan payız yarpaqları tək.

Payız gəldi yenə, ümidlər öldü,
Bu payız ömrümü biçib gedəcək.
İndi arzularım, xəyallarım da,
Köçəri quşlar tək köçüb gedəcək.

Bu payız dərdimi oxuyur mənim,
Əzdim xəzəlləri, xəyala daldım.
Gözümdən yaş gəldi yağışlar kimi,
Göydə bulud təki doldum, boşaldım.

Bir vaxt xoşbəxt idim səninlə mən də,
Sən çıxdın əhdinə dönük, vəfasız.
Beynimdə suallar yaratdın indi,
Bütün sualların cavabı - Payız


Tarix: 25.11.2014 / 13:35 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Sevgi şerləri