beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

«UNUT ƏZİZİM» Nüsret Hesen

« UNUT ƏZİZİM »
***
Bu gediş sonuncu gedişin olsun.
Ne bade geriye qayıt ezizim.
Qayıdıb unuda bilmedim deme.
Meni bir defelik unut ezizim.
***
Get varlı birinden tut iki elli.
Meqsedin açığdı, niyyetin belli.
Daha derdlerime verme teselli.
Özge ürekleri ovut ezizim.
Meni bir defelik unut ezizim.
***
Sanma ki bu dünya tamam senindi.
Görüb heqiqeti qelbim sevindi.
Ne yaxşı başımın üstünden indi.
Çekildi o qara bulud ezizim.
Meni bir defelik unut ezizim.
***
Ne vefa gözleyim men axı gülden?
Onun ki varlığı aslı fesilden.
O serin cenneti çıxardın elden.
Bacar cehennemi soyut ezizim
Meni bir defelik unut ezizim.
***
Get peşman qelbini dağla her gece.
İstesen feryad et çağla her gece.
Çekilib tekliye ağla her gece.
Seher göz yaşını qurut ezizim.
Meni bir defelik unut ezizim.
***
müellif: Nüsret Hesen

başqa saytlara, sosial şebekelere kopyalayan özünü tanımır. Oxuculardan üzr istiyirem.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 208 Bölmə: Sevgi şerləri