beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülüm Yat Günəşli Səhərdə Oyan...

Hava buludludur kövrəlib göyü
Bu gün yağış yağacaq yamacına çölünə
Titrəyəcək sənsiz...
Yol boyu sıralı agacların qolu budağı,
Küləkli günlərdən qoru özünü
Bu gün müsbət "iki"-dir ümüdlərin ocağı
Xəyalın yuxular seyrinə çixsa
De ki...
Çətirə sığınıb baxsın dənizə
Yağışlı günlərin vəfası yoxdu
Yağmasın dəyməsin o nur bənizə
Bu gün daş bağırlı soyuq küləklər
inada inadtək döyər qapını
Soyuq şüşələrdən süzülər ölər
Bu gün yad eyləsən doğma "yadını"
Əlini xatirəmin ovcunda gizlət
Qismət gözəlim buda bir qismət!!!
Yaşamaq istə!
Həmişəyaşıl ağaclar kimi
Laləli nərgizli yamaclar kimi
Yaşamaq istə
Mən səni ömürlük var edəcəyəm
Toxunma əhdə
Yaşamaq istə!
Bu gün buludludur könlümün üzü
Dumanlı yollarda itə bilərəm
Ehhh qəlbin hec məni dərd eyləməsin
Mənki bir çiskinəm bitə bilərəm
Məni öz məhvimlə yaşatdın əhsən!
Divanə hər gecə keşiyindədir
Şimsəkli göylərə yuxudan boylan
Gülüm yat günəşli səhərdə oyan...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Sevgi şerləri