beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Satilmiş Sevgi

Dağ boyda qürurun əyildi sənin,
Şah idin gözümdə çevrildin qula.
Var-dövlət uğruna satıb sevgini,
Təmiz hisslərini dəyişdin pula.

Elə bir getdin ki, gedişin sənin
Körpüsün uçuran çaya bənzədi.
Ulduzlu gecəyə əlvida deyib,
Göy üzün tərk edən aya bənzədi..

Görənlər zənn edir qəm kədərim yox,
Hələ qurumayıb gözümdə yaşım.
Gəlin köçmüsən ki, heç xəbərim yox
Səni unutmağa qarışıb başım...

Cəzan da böyükdür günahın qədər,
Xəyanət adında xəta etmisən.
Dünyaya yenicə gələn oğluna,
Sən özgə birisin ata etmisən...

O var da, dövlət də bitəcək bir gün,
Yoxsul ürəklərdə tək qalacaqsan,
Sonunda səhvini anlayıb məni,
Düşünə-düşünə qocalacaqsan...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 101 Bölmə: Sevgi şerləri