Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənin üçün...

...ay dilindən düşməyənim,
necə düşdüm gözündən?
aramızda nə oldusa
oldu kimin üzündən?...

...ay ağlından çıxmayanım,
necə çıxdım yadından?
kim əl çəksin - mənmi səndən
ya sənmi inadından?...

...ay yanımda qalmayanım,
necə qalım yerimdə?
bir bəri bax, heç nə yoxmu
səndən qalan geridə?...

...ay hər şeyi unudanım,
necə unudum səni?
getmə deyə sutək içim,
havatək udum səni?

...ay könlümə qəm verənim,
necə çəkim dərdini?
ölüm gedim... dünya sənsiz
yaşanası yerdimi?...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 56 Bölmə: Sevgi şerləri
loading...