beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

«« Dostum Xeyanetkar, Yarım Vefasız »»

XƏYANƏT
***
Tekce xeyanetden qorxdum her zaman. Teessüf ki, qorxduğum geldi başıma. Ömrümün en gözel çağında menim. İki xeyanetkar çıxdı qarşıma.
***
Biri dostum idi biri sevgilim. Meni terk etdiler sessiz sedasız. Etrafım yalanla doluymuş menim. Dostum xeyanetkar yarım vefasız.
***
İllerdi sevirdim men hemin qızı. İstese canımı feda ederdim. Onun heyatının qarşılığında. Men öz heyatıma vida ederdim.
***
18 yaşımı tamam eyleyib. Getdim vetenime xidmet edim men. Hele vidalaşıb getmezden önce. Yarıma gelecem gözle dedim men.
***
Çekib xidmetimi geri qayıtdım. Gördümki sevgilim unudub meni. Ona heyatımı verdiyim halda her şeyi unudub sevib özgeni.
***
Eslinde o özge özge deyildi. Bir vaxt sirdaş idi dost idi mene. Göz qoydu yarıma men olmayanda. Ebedi olaraq döndü düşmene.
***
Men ona dost deyib sirrimi açdım. O meni bir derde saldı şefasız. Bilmirem men kime inanım indi. Dostum xeyanetkar, yarım vefasız.
***
Üstünden bir müddet keçenden sonra. O elçi gönderdi nişan etdiler. Nece yaşayacam bilmirem indi. Mene yaşamağa peşman etdiler.
***
Söyle ey vefasız neyledim sene? Ölmemiş eynime biçmisen kefen. Sevseydin bunları etmezdin axı. Demek sevmemisen sen heqiqeten.
***
Bes deyirdin güya sevirsen meni. Yalanmış o hissler, duyğular yalan. Toyumuz barede xeyal qurardıq. Deme o xeyallar, arzular yalan.
***
Heyatda xeyanet sarsıtdı meni. Gözlerim yaşlıdır, derdim devasız. Men kime güvendim aldatdı meni. Dostum xeyanetkar, yarım vefasız.
***
şeirin müellifi: Nüsret Hesen
27 fevral 2010
***
icazesiz ve müellif adi olmadan kopyalayan özünü tanımır. (pardon)

oxuyan her kese teşekkür.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 377 Bölmə: Sevgi şerləri