beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Cetir, Bir Stul, Bir Agac, Bir Men!

Artıq xeyli keçib o ayrılıqdan
Unuda bilmədik, nə mən nədə
sən
Unutmaq istədim macal vermədi
Bir çətir, bir stul, bir ağac, bir
mən!
Necə gözəl idi səninlə hər yan,
Necə gözəl idi o park, xiyaban.
Sənsən bircə dənə
tamamlamayan
Bir çətir, bir stul, bir ağac, bir
mən!
Məhəbbət məhv oldu bu sevgi
bir yas,
Səbəbsiz günahsız yoxdu bir
əsas,
Yenə köhnə hamam yenə köhnə
tas,
Bir çətir, bir stul, bir ağac, bir
mən!
Bu da nəticəsi, yolumuz iki
Məni düşündürən sual niyəki?
Ağlımdakı sənsən, ürəyimdəki...
Bir çətir, bir stul, bir ağac, bir
mən!
Hərdən düşünürəm məndədi
nöqsan,
Etdiyim səhvlərə olmuşam
peşman,
Gecələr oyadır məni yuxudan
Bir çətir, bir stul, bir ağac, bir
mən!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 39 Bölmə: Sevgi şerləri