beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bextiyar Vahabzade - Fikrin Ayrilmaqdir...

Fikrin ayrılmaqdır,bilirəm bunu,
hər ilkin bir sonu hökmü-zamandır.
Amma bir ricam var:
Sən öz arzunu
Bəhanə çitinə bükmə,amandır.

Yanağın ağ şirə,dodağın boya,
Gözlərin sürməli ,sözlərin riya
Boyalar,riyalar düzü əydikcə,
Aldada bilmədin qəlbini təkcə.

Məqsədin aydındır mənə gün kimi,
Aldada bilmədin qəlbini...
nə qəm.
Sözün də sevməyən o qəlbin kimi
qoy riyasız olsun,de ki,sevmirəm!

Bilmirəm sözləri qəlbin nə bilmiş!..
Sözə boya çəkmə o yanaq deyil,
Nifrət bıçağiyla başı kəsilmiş
Sevginə sağ demə,o ki,sağ deyil.

Ayrılmaq istədin,ayrıl,
heç nədən.
Bəhanə gətirmə,
keç bəhanədən!
De ki,köhnə yolda,təzə dindəyəm,
De ki,təzələnmək həvəsindəyəm.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 27 Bölmə: Sevgi şerləri