beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Behane Imiw..

Bəlkə qön4esindən 4ıxmazdı 4i4ek,
Aldanıb səhərin yelinə gəldi.
“Əlvida” deməyi bacardı, demək,
Qəlbindən ke4ənlər dilinə gəldi… 4i4ekdən-4i4eye gedib-gələndi,
Həyat fəlsəfəsi – “bəyən, at” sözü.
Onun misalında qafiyələndi
Qadın bədəniylə “xəyanət” sözü. Bilərsən qəlbindən gəlib ke4əni,
Elə ki, sa4ının rəngi dəyişər.
Əvvəlcə bədəni dəyişər səni
Sonra da telefon zəngi dəyişər. Əzəldən kül altda qalan közüydü,
Sona saxlamışdı ürək sözünü.
Əvvəl qadınlığın mələk üzüydü,
Sonra da göstərdi şeytan üzünü… Təzədən bir fürsət düşsə əlinə,
Edən etdiyini daha bəd eylər.
Qoşulub payızın xəzan yelinə
Yarpaqlar bahara xəyanət eylər. Arzusu oğurluq bir görüşdüsə,
Əlinə düşəcək ilk fürsət yetər.
Hardansa ağlına bir şey düşdüsə
Bədəni ardınca qul olub gedər… Payız hesabımı ke4miş anların
Bahar tapdığını itirmiş demək…
Önü “sədaqətlə” başlayanların,
Sonu xəyanətlə bitirmiş demək. Bilmədik, hər dərdin dərmanı vaxtmış,
Yanıb-yaxılmalar daha nə imiş…
Onsuz da o güllər soluxacaqmış,
Payızın yelləri bəhanə imiş…


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Sevgi şerləri