beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən Məni Duymadın...

Mən səni gec tapıb, itirəcəyəm
Özümdə bilmirəm nəçisən, kimsən?
Bəlkə bir xəyalsan gözə görünməz,
Bəs, onda qəlbimə necə girmisən?

Sevirəm söylədin sükut içində,
Deyirəm yuxuymuş bəlkə o anlar.
Səhəri həsrətlə gözləyirəm ki,
Açım gözlərimi-yuxum çin olar.

Dodağı çatlamış susuz torpağam
Üstümə ələnməz yağış olmusan
Gələndə min istək, min arzu idin
Gedəndə bilmədin günah olmusan.

Sən məni duymadın duya bilmədin
Bəlkə də bilmədin məhəbbət nədir?
Mənim ünvanıma dediyin yalan
Məni unutmağa bir bəhanədir.

Məni xatırlayıb, düşünüb hərdən,
Bilirəm qəhərdən boğulacaqsan.
Eh! sənə nə var ki, günəş kimisən
Kiminsə bəxtində doğulacaqsan.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 56 Bölmə: Sevgi şerləri