beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gecdir Ezizim...

Gözləmədiyim anda əllərimi buraxan,
Arxam olmaq yerinə özü büdrədib
yıxan,
Köksünə sıxılanda başqasıyçün
darıxan,
Sabahında bəlkələr, Keçmişində kölgələr,
Bu günündə yalanlar,
Həyatında hesabsız insan cildli ilanlar...
Daş ürəyin yiyəsi!
Niyə gəldin ömrümə?
Bu qılıqla, bu şəstlə, Bir kimsədə olmayan gözəlliklə,
həvəslə,
Şeir dolu nəfəslə... ... Əlvida söyləyirəm
Içimdə yana-yana!
Eşqimi dana-dana bu oyundan çıxıram!
Sənə bir də aldanıb “canım” deməyim
deyə
Dişlərimi sıxıram. Çox yazıq, sevməyəcəm səndən özgə
bir kəsi!
Cansız telefonumtək... susub qəlbimin
səsi. Əgər qurtulsan bir gün“şeytanların”
əlindən
Yaman darıxacaqsan,
yerimi çəkəcəksən.
Solub gedən dünyana elə dərd
əkəcəksən. Yığacaqsan xaincə unutduğun
nömrəni,
İllərin arasından məni səsləyəcəksən...
Cavab gözləyəcəksən...
Deyəcəksən “Bu eşqsiz yaşamağa rəng
çatmır!” Amma gecdir, əzizim!
Yalnız eşidəcəksən:
Bu nömrəyə zəng çatmır...............
Bu nömrəyə zəng çatmır...............


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 137 Bölmə: Sevgi şerləri