beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qoruyacam Bir Sirr Kimi...

Bu ayriliq behanedir...
Her bir işde xeyir varsa,
Bes bu işde xeyir nedir?
Axtardigim bu suala,
Budur izah,budur cavab...
Mene zulm,sene ezab...
Seni menden,meni senden alib gedir bu ayriliq...
Bile-bile ozumuze işgencedir bu ayriliq...

Bu son goruş,bu son vida,
Seni menden ayirsada,
Amma sene soz verirem...!
Sene olan bu sevgimi,
Qoruyacam bir sirr kimi...

Qeribedir bizim ucun dogma olan bu dar kuce,
İndi bize yaddir nece...
Axi nece yad olmasin!?
O en başdan şahid olub, sevgimize...
Qollarini acib bize...
Her goruşde addim-addim bu kuceden kecende biz,
Her daşinda bir xatire, bir iz qoyub bu sevgimiz...

İndi menim gozumde qem,
Senin ise gozunde yaş,
Bu kucede ayriliriq yavaş,yavaş...
Bu bir yuxu olaydi kaş...
Bizim omur yollarimiz,
Bu kuceden cox duşecek...
Teessufki daha biz yox,xeyalimiz goruşecek...

Bir gun qopsa tufan bele,
Bu izleri bir-bir silib aparsada zaman bele,
Amma sene soz verirem...
Sene olan bu sevgimi,
Qoruyacam bir sirr kimi...

Biliremki zaman-zaman,
Ureyimiz hiss edecek bu dunyanin bize ogey baxişini...
Yari yolda qoydugumuz arzularin qargişini...
Goyden yere cirpilaraq,
Parcalanmiş umidlerde,
Daha rahat qoymaz bizi...
Ozumuz oz elimizle,
Mehv etdik oz sevgimizi...

Daha cix get...
Seni deyer-deymezine ozgesine satsa bele qeddar heyat,
Meni başqa bir qadinin qollarina atsa bele qeddar heyat,
Kederime, sevincime,
Aglayanda, gulende de,
Bir gun başqa bir insanin, gozlerine baxa-baxa,olende de...
Sadece bil...
Bilki sene soz verirem...
Sene olan bu sevgimi,
Qoruyacam bir sirr kimi...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 260 Bölmə: Sevgi şerləri