Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YALQIZLIQ EV HEYVANIDI

Adam ki, öz içində
it ulartısı eşitdi
yalqızdı demək...
Və hər eşitdiyi sözü son söz kimi,
hər gördüyü adamı son adam
kimi
xatırlayırsa,
yalqızların yalqızıdı...

Susub gözlərimi yumuram
xəyal etmək üçün
kiminsə qapını döyəcəyini.
Durub qapıya qaçıram,
kandardakı yoxluğa boylanıram...
Sükut uğuldayır qulaqlarımda-
"öldür, öldür o iti qurtul"...
əlim gəlmir axı...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 46 Bölmə: Sevgi şerləri
loading...