beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Bizikmi..

Bu bizikmi?
Taleyindən qaça - qaça ögeyləşən..
Bu bizikmi?
Ömrün çətin anlarında hey vuruşan, hey əlləşən..
Bu bizikmi?
Sən o yanda, mən bu yanda
Qaça - qaça, qova - qova..
Su çiliyib bir alova, tüstülənib sönə - sönə..
Bu bizikmi?
Gedə - gedə, dönə - dönə..
Bu bizikmi?
Dost olub, düşmənə dönən..
Bu bizikmi?
Alovlanlıb - birdən sönən..
Sən hardasan, mən hardayam..
Başımıza nələr gəldi?
Nifrət iti xəncər kimi sevginin bağrını dərdi..
Bu bizikmi?
Özün söylə.. Mən taleyə neyləmişdim?
Düşüb ömrün sınağına..
Sən dəyişdin, mən dəyişdim..
Mən taleyə neyləmişdim?
Aralandı birgə yollar..
Pozub eşqin vəfasını
Özgəsini qucdu qollar..
Bu bizikmi?
Ömrün şirin anlarını birgə sovurmuşuq yelə..
Bu bizikmi?
De, nə oldu bizə belə?
Ayrılanlar qovuşdular, küsülülər barışdılar..
Biz isə sığa bilmədik bir diləyə, bir arzuya..
Bu bizikmi?
Qəlbin məni çətin duya..
Necə gəldi..
Fərqi yoxdur..
Ölüm çıxış yolu bizə..
Gündüz gəldi, gecə gəldi
Fərqi yoxdur..
Bu bizikmi?
Azıb qaldıq bu taleyin dumanında
İtirmişik sevgimizi, qəm oxunur gözümüzdən..
Bu bizikmi?
Xəbərdarıq biz hərşeydən
Xəbərsizik özümüzdən.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 78 Bölmə: Sevgi şerləri