beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oyun..

Oyun

Həyat bir oyundur,axırı ölüm,
Yoxsa ölümü də oyun sayırsan?!
Sənin çox oynadım nazınla gülüm,
İndi həyatımla sən oynayırsan...

Sanki bu oyunun sən hakimisən,
Hisslərlə oynamaq olarmı belə?
Gördümkü ərköyün uşaq kimisən
Qəlbimi verdimki oyuncaq elə.

Oynadın eşqimlə,məhəbbətimlə
Eləki yoruldun biryana atdın.
Oynadın sən mənim səadətimlə
Gördün uduzursan oyunu qatdın.

Ürək əmanətdir,gəl çəkmə dağı
İkinci ürəyi kimsə satmayır.
Sən Allah,sındırma bu oyuncağı
Təzəsin almağa gücüm çatmayır...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 79 Bölmə: Sevgi şerləri