beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞƏKİL.

Şəklinə baxdıqca qəribsəyirəm,
Gecəli, gündüzlü ürəyimdəsən.
Məni məndən alıb apardığın tək,
Səni məndən alıb apara bilsən.

Yığdın hər şeyini çıxıb gedəndə,
Nə bir paltar qaldı, nə bir oyuncaq.
Mənə bir şəkilin yadigar qalıb,
Birdə ki, xatırən, bu qədər ancaq.

Xatirən qəlbimdə, şəklin önümdə,
Baxıb dizlərimi qucaqlayıram,
Şəkildə o qədər bəxtəvərsən ki,
Sən orda güldükcə mən ağlayıram.

Deyirəm, əlimdə sehrim olaydı,
Bu rəsmin içinə girə biləydim,
Deyirəm, mən səni gördüyüm kimi,
Kaş ki, sən də məni görə biləydin.

Vüsalı varmı ki, bu ayrılığın?
Vəslimizə ümid bağlayırsanmı?
Mənim də səndə bir gülən şəklim var,
Sən də ona baxıb ağlayırsanmı?


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 98 Bölmə: Sevgi şerləri